Polşa millisinin hücumçusu Arkadiuş Milik Almaniyada keçiriləcək Avropa çempionatında milli komandasına kömək etməyəcək.
Fanat.Az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Məlumatı baş məşqçi Mişal Probye təsdiqləyib.
30 yaşlı forvard Ukrayna ilə yoldaşlıq görüşünün 5-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalıb, yerinə Kasper Urbanski çıxıb. Əvəz olunduqdan sonra Milik yığmanın əməkdaşlarının köməyi ilə axsaya-axsaya paltardəyişmə otağına yollanıb.
Avropa çempionatında Polşa millisi Fransa, Niderland və Avstriya ilə birlikdə D qrupunda yer alıb. Sözügedən komanda AÇ-də ilk oyununu iyunun 16-da Niderlanda qarşı keçirəcək.
Mirağa