İngiltərənin "Mançester Siti" klubu qapıçısı Ştefan Orteqa ilə yeni anlaşma imzalayıb.
Fanat.Az xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
31 yaşlı qolkiperlə müqavilənin müddəti daha iki il - 2026-cı ilin yayınadək uzadılıb.
Qeyd edək ki, alman qolkiper İngiltərə nəhənginə 2022-ci ildə keçib. O, ötən mövsüm MS forması ilə bütün turnirlərdə 20 matçda "çərçivə"də dayanıb.