"Napoli" ulduzu Xviça Kvaratsxeliyanı klubda saxlamağa yaxındır.
Fanat.Az xəbər verir ki, bu barədə İtaliyanın "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, PSJ-yə mümkün keçidi uzun müddətdir müzakirə olunan gürcü futbolçuya parislilər təxminən 100 milyon avro ödəməyə hazır olsalar da, klub Xviçanı saxlamaq istəyir.
Kvaratsxeliya da yeni müqavilə imzalayaraq "Napoli"də qalmağın əleyhinə deyil. Üstəlik, o, bunu AÇ-2024 başlamazdan əvvəl etmək niyyətindədir. Futbolçu təxminən 5 milyon avro maaş istəyib.
Bu mövsüm Xviça "Napoli"nin heyətində bütün turnirlərdə 45 oyun keçirib, 11 qol vurub və 7 məhsuldar ötürmə verib. Kvaratsxeliyanın klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Mirağa