Fabio Kannavaro “Udineze”nin baş məşqçisi postunu tərk edib.
Fanat.Az xəbər verir ki, bu barədə baş məşqçi özü sosial şəbəkə hesabında paylaşım edərək açıqlama yayıb.
"Klubun prezidenti bu gün mənə peşəkar münasibətimizi davam etdirməmək qərarı haqqında məlumat verdi" – deyə Kannavaro açıqlama paylaşıb.
Xatırladaq ki, “Udineze” ötən mövsüm İtaliya A Seriyasını 37 xal toplayaraq 15-ci yerdə tamamlayıb.
Qeyd edək ki, Fabio Kannavaro aprel ayında İtaliya kulubuna baş məşqçi təyin olunmuşdu.
Mirağa