ötən mövsüm zədələr səbəbindən arzulanan çıxışla yadda qalmayan yarımmüdafiəçisi Kristofer Nkunkunun aqibətinin necə olacağı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə "zadəganlar"ın Nkunkunu heyətdə saxlamaq niyyətində olduqlarını, onun növbəti mövsümdə komandaya fayda verəcəyinə inandıqlarını bildirib. Xəbərə görə, sözügedən futbolçu özü də London təmsilçisindən ayrılmağı planlaşdırmır.
Xatırladaq ki, Nkunku "Çelsi"yə ötən ilin yayında, 60 milyon qarşılığında "Leyptsiq"dən transfer olunub.Ötən mövsüm İngiltərə Premyer Liqasında 11 matça çıxan 26 yaşlı futbolçu 3 qol vurub. O, həmçinin İngiltərə Kubokunda 1, İngiltərə Liqa Kubokunda isə 2 oyun keçirib. "Transfermarkt" portalı Nkunkunun transfer qiymətini 65 milyon avro ilə dəyərləndirir.
Nihat