Belçika millisinin hücumçusu Romelu Lukaku millidə vurduğu qolların sayına görə əfsanəvi macarıstanlını - Frents Puşkaşı geridə qoyub.
Fanat.Az xəbər verir ki, Lukaku buna dünən Lüksemburqa qarşı keçirdikləri yoldaşlıq görüşündə (3:0) dubl etməklə nail olub.
31 yaşlı Romelu yığmadakı 115-ci matçında 85-ci qoluna imza imza atıb. Puşkaşın hesabında isə 84 qol var. O, həmçinin BƏƏ-dən olan Əli Mabhutu da haqlayıb. Hazırda Mabhutla Lukaku 6-cı pilləyə şərikdirlər. İlk "5-liy"ə düşmək üçün Romelu qollarının sayını 89-a çatdırmalıdır.
Xatırladaq ki, milli komandalar tarixində ən çox qol vuran futbolçu Kriştianu Ronaldudur -128 qol.
Nihat