"Arsenal"ın mərkəz müdafiəçisi Vilyam Saliba "Liverpul"un stopperi Vircil van Deykin oyun keyfiyyətindən danışıb.
Fanat.Az xəbər verir ki, "L'Equipe" onun dediklərini belə çatdırıb:
"Van Deykin xüsusi aurası var. O, müdafiə xəttinin hamıya komanda verən bosudur. Hiss olunur ki, hücumçular Vircildən qorxurlar.
Artıq mən də rəqib komandaların ön xətt oyunçularının məndən qorxduqlarını anlamağa başlamışam. Rəqib hücumçunun meydanda mənimlə birəbir mübarizədən çəkindiyini görmək xoşdur".
Fanat.Az