Dünən Portuqaliya və Xorvatiya milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, qarşılaşma Xorvatiya seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 8-ci dəqiqədə "dama-damalar"ın kapitanı Luka Modriç açıb. Dioqu Jota 48-ci dəqiqədə status-kvonu bərpa etsə də, 56-cı dəqiqədə Ante Budimir xorvatların qələbə qoluna imza atıb.