Birinci Liqaya vəsiqə uğrunda ilk pley-off oyununda "Cəbrayıl"a 0:2 hesabı ilə uduzan "Araz Saatlı"nın futbolçusu Rəvan Əvəzov matçın sonlarına yaxın xəsarət alıb.
"Pambıqçılar"ın mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, rəqib futbolçuların müdaxiləsi olmadan sürüşərək yıxılan hücumçunun qolu çıxıb.
Onun 4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Xatırladaq ki, "Araz Saatlı" Birinci Liqada sonuncu - 10-cu yeri tutubsa, "Cəbrayıl" İkinci Liqanı 2-ci pillədə tamamlayıb. Tərəflərin ikinci dueli iyunun 15-də reallaşacaq.
Nihat