"Sevilya"nın hücumçusu Yussef En-Nesiri karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Rudi Qaletti yayıb.
Xəbərə görə, mərakeşli futbolçunun xidmətində "Mançester Yunayted" maraqlıdır. Mənbə "qırmızı şeytanlar"ın Əndəlüs təmsilçisinə 15-20 milyon avroluq təklif göndərməyi planlaşdırdığını, En-Nesirinin özünün MY-nin formasını geyinmək şansını əldən buraxmaq istəmədiyini vurğulayıb.
Qeyd edək ki, Yussefin "Sevilya" ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, geridə qalan mövsümdə klubunun forması ilə 41 matça çıxaraq 20 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı 27 yaşlı forvardın transfer qiymətini 18 milyon avro ilə dəyərləndirir.
Nihat