Premyer Liqanın hazırlıqlarını davam etdirən AZAL-la "Sumqayıt" növbəti yoxlama oyunlarını iyulun 10-12-də keçirəcək. Fanat.az xəbər verir ki, Bakı və Sumqayıt klubları dünən qarşılaşdıqları rəqibləri növbəti oyunlarında "dəyişəcəklər".
Belə ki, dünən AZAL "Rəvan"ı 3:0, "Sumqayıt" "Neftçala"nı 5:1 hesabı ilə yenib. İyulun 10-da AZAL "Neftçala"nı sınağa çəkəcək. İki sonra isə "Sumqayıt" "Rəvan"la üz-üzə gələcək.
Fanat.az