“Qarabağ”ın futbolçusu Yassin Benzianın formasını geyindiyi Əlcəzair yığması DÇ-2026-nın Afrika zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.
Fanat.Az xəbər verir ki, Benzianın komandası Uqanda ilə üz-üzə gəlib.
Matç Əlcəzairin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Benzia da bu görüşün iştirakçısı olub. O, 69-cu dəqiqədə əvəzetmədən oyuna qoşulub.
Əlcəzair yığması Mozambik, Botsvana, Qvineya, Uqanda və Somalinin yer aldığı qrupda 9 xalla liderdir.