İyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatının açılış matçından öncə əfsanəvi futbolçu Frants Bekkenbauerin xatirəsi yad ediləcək.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, meydan sahibləri ilə Şotlandiya arasında baş tutacaq ilk qarşılaşmadan əvvəl Almaniya milli komandasının sabiq kapitanları Yürgen Klinsmann və Bernard Dits yarışın kubokunu meydana gətirəcəklər.
Mərasimə AÇ-1972-də yığmanın kapitanı olmuş Bekkenbauerin həyat yoldaşı Haydi də qatılacaq.
Qeyd edək ki, 78 yaşında dünyasını dəyişən Bekkenbauer "bundestim"in heyətində Avropa və dünya çempionu olub.