"Real Madrid"in müdafiəçisi Daniel Karvaxal İspaniya millisindəki komanda yoldaşı Lamin Yamal haqda danışıb.
Fanat.Az xəbər verir ki, o, qarşıdan gələn Avropa çempionatında yığmada ilk böyük turnirinə hazırlaşan "Barselona"nın 16 yaşlı oyunçusunin barədə "Marca"-ya belə deyib:
“Keçən gün Laminlə söhbət edirdik. Ona dedim: "17 yaşım olanda gənclər liqasında "Real Madrid" ilə qələbəni qeyd etdim. Sən isə "Barselona"da böyüklərin yarışında aparıcı rol oynayırsan". Yamal yaxşı oyunçudur, amma müdafiədə mənə kömək etmədiyi üçün bəzən onun qulaqlarını çəkməli oluram”.
İspaniya millisi AÇ-2024-də Xorvatiya, İtaliya və Albaniya komandaları ilə eyni qrupda mübarizə aparacaq.
Mirağa