Sabah start götürəcək Avropa Çempionatının İngiltərə - Serbiya matçı risk daşıyır.
Fanat.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mənbənin məlumatına görə, Almaniya hüquq-mühafizə orqanları serb ultraslarının aqressiv davranışından ehtiyat edirlər. İngiltərə yığmasının azarkeşləri ilə birlikdə tribunalarda Serbiya millisinin 500-ə yaxın fanatının olacağı gözlənilir ki, bu da münaqişənin katalizatoruna çevrilə bilər.
Buna görə kütləvi davanın qarşısının alınması üçün tədbirlərin sərtləşdirilməsi qərara alınıb. Stadionda 1000-dən çox polis əməkdaşı olacaq. İngiltərə - Serbiya oyunu iyunun 16-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mirağa