"İnter Mayami"nin və Argentina millisinin superulduzu Lionel Messi futbolçu karyerasını bitirəndən sonra məşqçi olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, ESPN AR onun sözlərini belə çatdırıb:
"Həmişə demişəm ki, məşqçi olmaq istəmirəm. Bu, mənim xoşuma gəlmir".
Xatırladaq ki, Messi 2023-cü ilin yayında PSJ-dən ayrılaraq azad agent qimində "İnter Mayami"yə qoşulub. 36 yaşlı futbolçunun MLS təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm 15 matça çıxan leo 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat