İspaniya millisinin yarımmüdafiəçisi Daniel Olmo Avropa çempionatında keçirəcəkləri ilk oyundan - Xorvatiya ilə görüşdən danışıb.
Fanat.Az xəbər verir ki, AS onun sözlərini belə çatdırıb:
"Xorvatiyanın güclü tərəfi təcrübədir. Onların heyətində Modriç, Kovaçiç, Qvardiol kimi futbolçular var. İnanılmaz dərəcədə təşkilatlanmış komandadır. Onları məğlub etmək üçün bütün diqqətimizi cəmləməliyik".
Qeyd edək ki, İspaniya - Xorvatiya matçı iyunun 15-də keçiriləcək. Oyun Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Nihat