İsveçrə millisinin yarımmüdafiəçisi Qranit Caka Avropa çempionatının 1-ci turunda Macarıstan seçməsinə qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun dediklərini UEFA-nın rəsmi saytı belə çatdırıb:
"Əlbəttə, Macarıstanla oyun çox önəmlidir. Qalib gələcəyimuzi demirəm, amma turnirə qələbə ilə başlasaq, yaxşı olar. Onlara qarşı ideal çıxış sərgiləməli, 90 dəqiqə ərzində diqqəti əldən verməməliyik. Bizə komanda ruhu lazımdır. Biz birlikdə güclüyük. Ümid edirəm ki, şənbə günü keçirəcəyimiz ilk oyunda bunun belə olduğunu isbatlaya biləcəyik".
Xatırladaq ki, bu gün start götürəcək AÇ-2022 iyulun 14-dək davam edəcək.
Nihat