Şotlandiya millisinin sol cinah müdafiəçisi Endryu Robertson bu gün start götürəcək Avropa çempionatı barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sky Sport Italia" onun sözlərini belə çatdırıb:
"Qrupdakı rəqiblərimiz çox güclüdürlər. Bu, bizi həyəcanlandırır. Amma biz ən yaxşı oyunumuzu sərgiləsək, istənilən rəqibə problem yarada və arzularımızı həyata keçirə bilərik".
Qeyd edək ki, Şotlandiya seçməsi Almaniya, Macarıstan və İsveçrə ilə birlikdə A qrupunda mübarizə aparacaq. Robertsonun komandası ilk oyununu bu gün Almaniya seçməsinə qarşı keçirəcək. "Alyans Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat