"Leyptsiq"in və Belçika millisinin hücumçusu Lois Openda bu gün start götürəcək Avropa çempionatı barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, RTBF onun sözlərini belə çatdırıb:
"Avropa çempionatının Almaniyada keçirilməsi öz evimdə keçirilməsi kimidir. Mən burada yaşayıram. Almaniya mənim ikinci evimdir.
Hazırda özümü çox yaxşı hiss edirəm, yaxşı formadayam. Almaniyadakı bütün stadionları tanıyıram. Bir neçə zədəlimiz var idi, amma uşaqlar artıq sıraya dönüblər. Biz mübarizəyə hazırıq.
Hamı bilir ki, klubumda az qol vurmamışam. Bunu yığmada da edə bilərəm. Birini vursam, ardı gələcək. Komandama yardımçı olmaq istəyirəm".
Qeyd edək ki, E qrupunda yer alan Belçika seçməsi Rumıniya, Sloveniya və Ukrayna ilə mübarizə aparacaq.
Nihat