"İnter"in müdafiəçisi Matiya Şpiçiç Xorvatiya mətbuatına müsahibə verib. Fanat.az müsahibəni ixtisarla təqdim edir.
- Azərbaycanda işləriniz necə gedir?
- Əvvəllər Azərbaycandakı yaşayışla bağlışübhələrim vardı. Hərdən fikirləşirdim ki, darıxdırıcı olar. Bir il sonra Azərbaycandakı həyatın təsəvvür etdiyimdən fərqləndiyini başa düşdüm.- Ötən mövsümü sizin üçün uğurlu saymaq olar?
- Bəli. Baxmayaraq ki, mövsümə pis başlamışdıq. Amma sonda Avropa Liqasına vəsiqəqazandıq. "İnter" hər mövsüm avrokuboklarda iştirak edir. Bu dəfəilkin təsnifat mərhələsindən başlamışıq.- Şayiələr gəzir ki, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sizi milliyə dəvət etmək istəyir. Bu baş versə, AÇ-2016-nın seçmə mərhələsində Xorvatiya yığmasına qarşı oynaya bilərsiz...
- Bu haqda hələ iki ay öncə eşitmişəm. Komanda yoldaşlarım hətta buna görə mənlə zarafatlaşırdılar. Berti Foqtsun "İnter"in baş məşqçisiylə söhbət etdiyini bilirəm.- Dəvəti qəbul edəcəksiz?
- Bu, böyük şərəfdi. Amma düşünmək üçün vaxt lazımdı. Əlbəttə, mən Xorvatiya yığmasında çıxış etmək istərdim. Ölkəsinin millisində oynamaq hər futbolçununarzusudu. Axı U-15-dən U-21-dək bütün yaş qrupları üzrə yığmalarda oynamışam.- Son illər Azərbaycan çempionatı daha da ciddi liqaya çevrilməkdədi...
- Burda hər kluba multimilyonerlər rəhbərlik edir. Bizim klubun sponsoru Azərbaycanın ən böyük banklarından (Azərbaycan Beynəlxalq Bankını nəzərdə tutur - red.) biridi. "Neftçi"nin himayədarı böyük neft şirkətidisə (SOCAR), "Xəzər Lənkəran" neft daşınması ilə məşğul olan, tankerlər hazırlayan, şirkətdən maliyyələşir. Azərbaycana legioner axını başadüşüləndi. Çünki yerli klublar üçün əcnəbilərə yaxşı maaş vermək problem deyil. Premyer-liqada vaxtilə tanınmış klublarda oynamış güclü futbolçular var. Məsələn, "Qarabağ"dakı Reynaldo Belçika "Anderlext"indən gəlib. "Bakı"dakı Ruben 2002-ciildə "Real"laÇempionlarLiqasınıqazanıb. Belələri indi çoxdu.- Ən çox maaş alan futbolçu təxminən nə qədər qazanır?
- Təxminən, ilinə 800 milyon avro. Burda ümumiyyətlə, idmana böyük pullar yatırılır. Bakıda müxtəlif beynəlxalq turnirlər keçirilir. 17 yaşadək qızlar arasında dünya çempionatı Azərbaycanın paytaxtında reallaşdı. Futzal, voleybol üzrə turnirlərin final mərhələləri də həmçinin. Müasir Bakı Dubaya bənzəyir. Azərbaycanda ən məşhur investorlardan biri "Bakı"nın prezidenti Hafiz Məmmədovdu. O, Madrid "Atletiko"sunun da sponsorudu. Hansı ki, formalarında Azərbaycanı reklam edirlər. Bu yaxınlarda İngiltərənin "Şeffild Uensdey" klubunu da təxminən 50 milyon avroya aldı. Eşitmişəm ki, onun növbəti hədəfi Argentinanın "River Pleyt" klubudu.
Fanat.az