Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin I turunda baş tutan Serbiya - İngiltərə matçının (0:1) ən yaxşı futbolçusu bəlli olub.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki. Helzenkirhendəki stadionda keçirilən görüşün ən yaxşı oyunçusu İngiltərə yığmasının yarımmüdafiəçisi Cud Bellinqem seçilib.
Yeganə qolu 13-cü dəqiqədə məhz Bellinqem vurub.