Fransa millisinin baş məşqçisi Didye Deşam Avropa çempionatının qrup mərhələsinin 1-ci turunda Avstriya yığması üzərində qazandıqları qələbəni (1:0) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, TF1 onun sözlərini belə çatdırıb:
"Uşaqların çıxışından razıyam. Hücumda daha dəqiq olmalı idik. Amma əsas turnirə qələbə ilə başlamaqdır. Bu, yaxşı ənənədir.
Hər şeyi daha əvvəl bitirmək imkanlarımız var idi. Amma hər matç asan olmur. Ön xətdə əla futbolçularımız olsa da, istədiyimizi edə bilmədik".
Nihat