Gürcüstan millisinin kapitanı Quram Kaşiya Avropa çempionatının qrup mərhələsinin ilk turunda Türkiyəyə qarşı bu gün keçirəcəkləri matçdan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Slovan"ın (Bratislava) 36 yaşlı müdafiəçisu "ay-ulduzlular"la görüş ərəfəsində təşkil olunan mətbuat konfransında belə danışıb:
“Ölkəmizdə biz futbolla yaşayır, futbolla nəfəs alırıq. Uğurlarımız hər kəsin dilindədir. Eşitdim ki, bir azarkeşimiz motosikletlə 4000 kilometr yol qət edib. Bütün bunlar əsl xoşbəxtlikdir. Düşünürəm ki, biz burada olmağa layiqik.
Bütün ölkə səninlə fəxr edirsə, əlbəttə ki, xüsusi hisslər yaşayırsan. Keçirdiyimiz o hisslər indi bizə burada da kömək etməlidir.
Biz heç vaxt olmadığı kimi mübarizə aparacağıq. Avropa çempionatına təsadüfən çıxmadığımızı sübut edəcəyik".
Xatırladaq ki, Türkiyə - Gürcüstan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.