Avstriya ilə oyunda (1:0) xəsarət alan Kilian Mbappenin burnunun qırılması diaqnozu rəsmən təsdiqlənib.
Fanat.Az xəbər verir ki, buna baxmayaraq, ulduz futbolçu əməliyyat olunmayacaq.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Hücumçu turnirə maska taxmaqla çıxa biləcək. Artıq xüsusi olaraq Kilian üçün maska istehsal olunmağa başlanıb. Mbappe də özünün sosial şəbəkə hesabında paylaşım edərək azarkeşlərdən ona necə maska məsləhət gördüklərini soruşub.
İkinci turda Fransa Niderland ilə mübarizə aparacaq. Komanda ilk turda Avstriyanı məğlub edib ki, rəqibi avtoqola məhz Mbappe təhrik edib.
Mirağa