"Hoffenhaym"ın yarımmüdafiəçisi Maksimillian Bayer karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttumercato" yayıb.
Xəbərə görə, "Atletiko" onun transferini nəzərdən keçirir. Hətta klubun yay üçün əsas transfer hədəfi kimi almaniyalının adı çəkilir.
Bayer bu il Bundesliqada 16 qolla fenomenal bir mövsüm keçirib. Futbolçu AÇ-2024 üçün yığmaya da dəvət alıb və artıq millidə debüt edib.
Futbolçunun qiyməti 30 milyon avrodur. "Hoffenhaym" liderini bu qiymətə satmağa hazırdır.
Mirağa