Türkiyə milli komandası AÇ-2024-ün 1-ci turunda Gürcüstana qalib gəlib (3:1).
Fanat.Az "Ajanspor"a istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oyundan sonra sonra zəng edərək komandanı təbrik edib.
Ölkə başçısı baş məşqçi Vinçenso Montella, futbolçular Arda Gülər və Kerem Aktürkoğlu ilə danışıb, təbriklərini çatdırıb.
Baş məşqçi Vinçenso Montella Ərdoğanı qrupdakı digər oyunlara dəvət edib.