“Qarabağ”dan ayrılan Andrey Lunyovun yeni klubu bəlli olub.
Fanat.Az xəbər verir ki, təcrübəli qapıçı “Dinamo”ya keçib.
Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
Lunyovla 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Andrey Lunyov 2023/2024 mövsümündə “Qarabağ”da çıxış edib. 32 yaşlı qapıçı "Qarabağ"la Azərbaycan çempionatı və ölkə kubokunun qalibi olub.