"İnter"in niderlandlı müdafiəçisi Denzel Dümfris Milan klubundakı gələcəyinin necə olacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçunun sözlərini jurnalist Canluka di Martsio belə çatdırıb:
"İnter" mənim vurulduğum böyük klubdur. Klubdakı insanlar və komanda yoldaşlarım mənim üçün ailə kimidirlər. Özümü "İnter"də evdəki kimi hiss edirəm. Biz yeni müqavilə məsələsini çoxdan müzakirə etmişik, amma klubun maliyyə çətinlikləri var idi. İndi isə "İnter"in sahibi dəyişib. Ya Avropa çempionatının gedişində, ya da turnir başa çatandan sonra nə baş verəcəyini görəcəyik.
Sirr deyil ki, İngiltərə Premyer Liqasında oynamaq istəyərdim. Oyun üslubum ingilis futboluna uyğundur. Amma "İnter"də çıxış etməyim Tanrının lütfüdür. Bu klubda 3 ilə 6 titul qazanmışam. Damarlarımda qara-göy qan axır! "İnter" mənim ailəmdir. Milanda xoşbəxtəm. Hamı ilə çox gözəl münasibətim var".
Xatırladaq ki, son mövsümdə "İnter" forması ilə 36 matça çıxan Dümfris 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat