Portuqaliya millisinin müdafiəçisi Pepe Avropa çempionatları tarixinin ən yaşlı futbolçusu ünvanına yiyələnib.
Fanat.Az xəbər verir ki, 41 yaşlı futbolçu buna AÇ-2024-ün qrup mərhələsinin I turunda Çexiyaya qarşı keçirdikləri oyunda (2:1) meydana çıxmaqla nail olub.
Əvvəlki rekord AÇ-2016-da 40 yaşında meydana çıxan macarıstanlı qapıçı Qabor Kiraya məxsus idi.
Pepe üçün hazırkı Avropa çempionatı sayca beşincidir (2008, 2012, 2016, 2020, 2024). Bu göstərici üzrə rekord Pepenin yığmadakı komanda yoldaşı Kriştianu Ronalduya (6) məxsusdur.
Nihat