"Bayern" heyətini gücləndirmək yönündə çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, Münhen klubu "Mançester Yunayted"in 32 yaşlı yarımmüdafiəçisi Kazemironu transfer etməyə yaxındır.
Bu barədə insayder Eduardo Dekonto sosial şəbəkə hesabında məlumat yayıb.
Xəbərə görə, Kazemiro istənilən halda “Mançester Yunayted”i tərk edəcək. "Qırmızı şeytanlar"da mümkün məşqçi dəyişikliyi onun seçiminə təsir etməyəcək.
Kazemironun MY ilə 2026-cı ilə qədər müqaviləsi var.
Təcrübəli futbolçu ötən mövsüm 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Mirağa