"Qranada"nın yeni baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Gilyermo Abaskal sözgedən komandanın çalışdırıcısı olacaq.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb. Mənbənin məlumatına görə, 35 yaşlı ispaniyalının təyinatı bu gün baş tutacaq. Bu mövsüm Sequndaya yuvarlanan komanda La Liqaya qayıdarsa, Abaskal daha bir mövsüm uzatma imkanı ilə bir illik müqavilə imzalayacaq.
Abaskal 2022-ci ilin iyunundan 2024-cü ilin aprelinə kimi Rusiya "Spartak"ına rəhbərlik edib. Moskvalılar 2022/23 mövsümündə ispaniyalının rəhbərliyi altında Rusiya çempionatının bürünc medallarını qazanıb.
Mirağa