Argentina millisinin kapitanı Lionel Messi qarşıdan gələn Amerika Kubokunu şərh edib.
Fanat.Az xəbər verir ki, turnirdə ilk oyununu cümə günü axşam Kanadaya qarşı keçirəcək Albiselestenin kapitanı AS nəşrinə açıqlamasında belə deyib:
“Mən həmişə demişəm və deyirəm ki, Argentina favoritdir. Həyat tərzimizə görə, biz həmişə özümüzü ən yaxşı hesab edirik. Baxmayaraq ki, dəfələrlə buna görə "yanmışıq". Bu gün biz özümüzü ən yaxşı adlandıra bilərik, çünki son dünya çempionatını qazandıq. Amma bu, o demək deyil ki, Amerika Kubokunu gəzə-gəzə qazanacağıq”.
Xatırladaq ki, son Amerika Kubokunun finalında Argentina Braziliyaya 1:0 hesabı ilə qalib gəlib.
Mirağa