Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun ən yaxşı qolunun müəllifi adına namizədlər açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 4 namizəddən ikisi Türkiyə millisinin futbolçularıdır:
1. Arda Gülerin (Türkiyə) Gürcüstana vurduğu qol (3:1).
2. Nikolo Barellanın (İtaliya) Albaniyaya vurduğu qol (2:1).
3. Mert Müldürün (Türkiyə) Gürcüstana vurduğu qol (3:1).
4. Nikolae Stançunun (Rumıniya) Ukraynaya vurduğu qol (3:0).
Qeyd edək ki, UEFA-nın saytında bu qollardan birinə səs vermək olar.
Nihat