Julian Nagelsmannın Almaniya Futbol Federasiyası ilə müqaviləsi avtomatik olaraq uzadılıb.
Fanat.Az xəbər verir ki, bu barədə Bundestim sosial şəbəkə hesabında məlumat yayıb.
İndi Julianın müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Almanlar Macarıstanı məğlub edərək AÇ-2024-ün pley-off mərhələsinə vaxtından əvvəl vəsiqəni təmin ediblər ki, bu nəticə müqavilənin avtomatik yenilənməsinə əsas verib. Almaniya Macarıstanı 2:0 hesabı ilə məğlub edib.
Julian Nagelsmann Almaniya millisinə 2023-cü ilin payızından başçılıq edir.
Mirağa