UEFA Serbiya Futbol İttifaqını cəzalandırıb.
Fanat.Az xəbər verir ki, qitə futbol qurumu Avropa çempionatının qrup mərhələsinin I turunda baş tutan görüşdə - İngiltərə ilə matçda (0:1) baş verənlərə görə cərimələyib.
Sözügedən görüşdə meydana yad əşya atılıb, həmçinin təxribat xarakterli mesaj nümayiş olunub.
UEFA serbiyalı azarkeşlərin bu davranışı səbəbindən Serbiya Futbol İttifaqını 14,5 min avro cərimələyib.
Serbiya millisi növbəti oyununu Sloveniyaya qarşı keçirəcək. Görüş bu gün - iyunun 20-də baş tutacaq.
Mirağa