Avstriya millisi ilə matçda burnunu sındıran Fransa millisinin lideri Kilian Mbappe artıq məşqlərə başlayıb.
Fanat.Az "RMC Sport"-a istinadən xəbər verir ki, ulduz forvard komanda yoldaşlarından ayrı - fərdi şəkildə məşq edir.
Fotoşəkildən görmək olur ki, Kilian qoruyucu maska taxmayıb, sadəcə burnunu sarğı ilə bağlayıb.
Daha əvvəl Mbappenin Niderland və Polşa ilə görüşləri buraxacağı, lakin Fransanın vəsiqə qazanacağı təqdirdə pley-offda oynayacağı bildirilirdi.
Xatırladaq ki, AÇ-2024-ün qrup mərhələsinin ilk turunda fransızlar avtoqol sayəsində avstriyalıları minimal hesabla məğlub ediblər.
Mirağa