Fransanın "Lill" klubunun 29 yaşlı yarımmüdafiəçisi Nabil Bentaleb infarkt keçirib.
Fanat.Az “Foot National” istinadən xəbər verir ki, səhhətində ciddi problem yaranan əlcəzairli təcili xəstəxanaya yerləşdirilib.
Məlumatı Liqa1 təmsilçisinin mətbuat xidməti təsdiqləyib.
Qeyd edək ki, Bentaleb ötən mövsüm bütün turnirlərdə 34 matça çıxaraq 3 məhsuldar ötürmə müəllifi olub. Orta xətt oyunçusu daha öncə "Şalke 04", "Nyukasl" və "Tottenhem"in də uğurları üçün çalışıb.
Nihat