"Bayern Münhen" "Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemiroya təklif göndərib.
Fanat.Az xəbər verir ki, məlumatı "Trivela" yayıb.
Xəbərə görə, təklif braziliyalı futbolçunu qane etmədiyi üçün o, Almaniya nəhənginə "yox" deyib. Mənbə bu çağırışın "Bayern"in ikinci cəhdi olduğunu, daha öncə tərəflərin 2022/2023 mövsümünün sonunda da əlaqə saxladıqlarını vurğulayıb.
Xatırladaq ki, MY Kazemironu 2022-ci ildə "Real Madrid"dən transfer edib.
Nihat