İsveçrə millisinin baş məşqçisi Murat Yakın Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda Şotlandiyaya qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, türk əsilli mütəxəssis matçdan sonra təşkil edilən mətbuat konfransında belə danışıb:
"Oyun asan keçmədi. Açığı, biz fərqli Şotlandiya görəcəyimizi güman edirdik. Bizi daim təzyiq altında saxlayacaqlarını düşünürdük. Qalib gəlmək üçün şanslarımız var idi, amma fürsətlərimizdən faydalana bilmədik".
Xatırladaq ki, İsveçrə qitə birinciliyindəki ilk görüşündə Macarıstanı 3:1 hesabı ilə yenmişdi.
Nihat