Albaniya millisinin hücumçusu Mirlind Daku AÇ-2024-dən uzaqlaşdırıla bilər.
Fanat.Az "Sport1MK"ya istinadən xəbər verir ki, buna səbəb "Rubin"in formasını geyinən forvardın Avropa çempionatının qrup mərhələsinin I turunun Xorvatiya - Albaniya matçından (2:2) sonra təhqiramiz şüarlar səsləndirməsidir.
Dakunun sözügedən qarşılaşmanın ardından ucadan qışqıraraq serblər və makedoniyalılar haqqında qeyri-etik ifadələr işlətdiyi bildirilib. Şimali Makedoniya Futbol Federasiyası artıq UEFA-ya rəsmi məktub göndərərək onun cəzalandırılmasını tələb edib.