Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç yığmadakı oyun sayına görə İtaliya komandasının sabiq üzvü Canluici Buffonu geridə qoyub.
Fanat.Az xəbər verir ki, 38 yaşlı futbolçu buna AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Albaniyaya qarşı keçirdikləri matçda (2:2) meydana çıxmaqla nail olub.
Modriç millidə 177-ci oyununu keçirərək İtaliya seçməsinin sabiq qapıçısı Canluici Buffonu (176) qabaqlayıb.
2006-cı ildən "dama-damalar"ın uğurları üçün çalışan Luka hazırda bu göstəricidə yalnız Serxio Ramos (İspaniya, 180 oyun) və Kriştianu Ronaldudan (Portuqaliya, 208 oyun) geri qalır.