Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Niderland - Fransa matçının (0:0) ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransanın futbolçu Nqolo Kante qarşılaşmanın ən yaxşısı elan olunub.
90 dəqiqə meydanda olan 33 yaşlı yarımmüdafiəçi oyunu yüksək səviyyədə keçirib. O, matçda 11 km məsafə qət edib və bir epizodda isə 33,3 km/saat sürətlə qaçıb.