Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən “Şamaxı” heyətini daha bir legioner futbolçu ilə gücləndirib.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Georgi Kantariyanı heyətinə qatıb.
27 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb. Kantariyanın son klubu Livanın “Nejmeh” kollektivi olub. O, daha əvvəl Azərbaycanda "Kəpəz"in formasını geyinib.
Qeyd edək ki, "Şamaxı" daha əvvəl əcnəbi futbolçulardan Brahim Konateni sıralarına cəlb etmişdi.