Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının A qrupunun III turunda keçirilən Şotlandiya - Macarıstan oyununda həyəcanlı anlar yaşanıb.
Fanat.Az xəbər verir ki, matçın 68-ci dəqiqəsində rəqib qapıçı ilə toqquşan macar hücumçu Barnabaş Varqa ciddi zədə alıb.
Huşunu itirən və meydanı xərəkdə tərk edən futbolçunun son durumu açıqlanıb. Macarıstan Futbol Federasiyası hücumçu Barnabas Varqanın səhhəti ilə bağlı açıqlama yayıb: “Toqquşma zamanı Varqanın üzündəki bir neçə sümük qırıldı. O, həmçinin beyin silkələnməsi keçirib. Hücumçu böyük ehtimalla əməliyyat olunacaq. O, Ştutqartdakı xəstəxanaya yerlşdirilib. Bütün komanda onun yanındadır”.
Qeyd edək ki, Şotlandiyaya 1:0 hesabı ilə qalib gələn Macarıstan seçməsi 3 xalla qrupda 3-cü pilləyə yüksələrək 1/8 finala vəsiqə şansını saxlayıb.
Mirağa