Macarıstan yığması Avropa çempionatlarının tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, sözügedən milli buna qitə birinciliyinin qrup mərhələsinin 3-cü turunda Şotlandiyanı 90+10-cu dəqiqədə vurduğu qolla məğlub edərək nail olub.
Kevin Çobotun imza atdığı qol indiyədək qitə birinciliklərində əlavə vaxtlar nəzərə alınmadan ən gec vurulan qoldur.
Qeyd edək ki, yeganə qələbəsini Şotlandiya üzərində qazanan Macarıstan A qrupunu 3 xalla 3-cü yerdə başa vurub.
Nihat