Xorvatiya millisinin yarımmüdafiəçisi Mateo Kovaçiç Avropa çempionatının qrup mərhələsinin 3-cü turu çərçivəsində bu gün İtaliyaya qarşı keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun sözlərini belə çatdırıb:
"İtaliya yığmasının bəzi futbolçularını, xüsusilə, Jorjinyonu görməyimə şad olacam. Onunla bir yerdə oynamaq ürəyimcə idi. Səviyyəli, təşkilatlanmış komandaya qarşı oynamağın çətin olacağını bilirik. Nə edəcəyimizin fərqindəyik. Həlledici məqamda özümüzü yaxşı tərəfdən göstərməliyik.
Üzərimizdə hər hansı təzyiq hiss etmirik. Bu barədə ətraflı danışmışıq. Əvvəlki iki matçda arzulanan səviyyədə oynamamışıq. Topla o qədər də yaxşı rəftar etmədik ki, bu da oyunumuza təsirsiz ötüşmədi. Biz bir-brimizi yaxşı tanıyırıq, uzun müddətdir bir yerdə oynayırıq. Ümid edirəm ki, İtaliya ilə görüşdə nəyə qadir olduğumuzu göstərəcəyik".
Xatırladaq ki, Xorvatiya - İtaliya oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Nihat