Daha bir futbolçumuzun Türkiyə klubuna keçidi rəsmiləşib. Fanat.az xəbər verir ki, Rəhman Hacıyev karyerasını "Qaziantep BB"də davam etdirəcək.
Müqavilə ilə "Bakı"ya məxsus olan 21 yaşlı müdafiəçi türk klubunda icarə əsasında çıxış edəcək. Onun anlaşmasının müddəti 1 ildi.
Bu barədə Türkiyə mətbuatına açıqlama verən klubun mətbuat katibi İbrahim Açıkgöz "Rəhmanın 21 yaşı var və milli komandada çıxış edir. Gələcəkdə komandamıza faydalı olacağını düşünürəm" deyib.
Qeyd edək ki, Rəhman yanvarda icarəyə verildiyi "Sumqayıt"da 18 oyun keçirib və 3 qol vurub. U-17, U-19 və U-21 yığmalarımızın formasını geyinmiş futbolçudan başqa hazırda "Qaziantep BB"də A millimizin üzvləri - Vaqif Cavadovla Ufuk Budak çıxış edir.
Fanat.az