Aldığı zədə səbəbindən fevraldan bəri oynaya bilməməsinə rəğmən, İngiltərə millisi ilə Avropa çempionatına yolanan müdafiəçisi Lük Şou kollektiv məşqlərə başlayıb.
Fanat.Az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, baş məşqçi Qaret Sautgeyt “Mançester Yunayted"in futbolçusuna pley-off mərhələsində şans verməyi planlaşdırır.
Qeyd edək ki, İngiltərə millisi AÇ-2024-ün qrup mərhələsinin son turunda Sloveniya ilə qarşılşacaq. Sautgeytin çalışdırdığı kollektiv 1-ci turda Serbiyanı yenibsə (1:0), 2-ci turda Danimarka ilə heç-heçə edib - 1:1.
Nihat