Türkiyə millisinin qapıçısı Doğan Alemdar heyətdən çıxarılıb.
Fanat.Az "fanatik"ə istinadən xəbər verir ki, Fransa "Trua"sının qolkiperi məşqdə dizindən zədələndiyi üçün AÇ-2024-də "ay-ulduzlular"a kömək edə bilməyəcək.
Qeyd edək ki, F qrupunda mübarizə aparan Türkiyə ilk oyunda Gürcüstanı 3:1 hesabı üstələyib. İkinci görüşündə Portuqaliyaya 0:3 hesabı ilə uduzan Vinçentso Montellanın komandası iyulun 26-da Çexiya ilə münasibətlərinə aydınlıq gətirəcək.